9 C
Baku
Thursday, December 12, 2024

Apple Türkiyə ilə 4 milyard dollarlıq müqavilə imzalaya bilər

Apple şirkətinin rəhbəri Tim Kuk yeni ilin fevralında Türkiyəyə yola düşəcək. Bu səfərin məqsədi Türkiyədə iPad planşetlərinin 4 milyard dollara alınması barədə müqavilənin müzakirə edilməsidir.

Türkiyə dövləti adi məktəb lövhələrini kompüter, planşet, interaktiv lövhə və s.lərlə əvəz etmək niyyətindədir.

İlkin məlumatlara görə, Türkiyə Apple şirkətindən 10,6 milyon iPad planşeti alacaq. Daha sonradan isə 2,5 milyon planşet sifariş veriləcək. Hökumət qüvvələrinin son qərarından asılı olaraq müqavilənin dəyəri 3 milyard dollardan 4 milyard dollara qədər ola bilər.

Apple şirkətində isə Tim Kuk-un Türkiyəyə bu il baş tutacaq səfəri rəsmi olaraq təsdiqlənmir. Qeyd edək ki, tərəflərin Türkiyə təhsil proqramı çərçivəsində baş tutacaq ilk görüşləri deyil. Son dəfə belə bir görüş bu ilin fevral ayında baş tutmuşdu. Lakin tərəflər ümumi razılığa gələ bilməmişdilər.

Son xəbərlər
Digər xəbərlər