14 C
Baku
Friday, November 15, 2024

“Apple” və “Google” koronavirusun monitorinq sisteminin ilk versiyasını buraxdı

“Apple” və “Google” infeksiya monitorinqi sisteminin ilk versiyasını buraxıb. Qeyd edildiyi kimi, sistem istifadəçinin Covid-19 virusuna yoluxmuş şəxsin yanında kifayət qədər çox vaxt keçirdiyini  müəyyən edərək, smartfona bu barədə müvafiq bildiriş göndərəcək. Bundan əlavə, istifadəçiyə xəstəlik haqqında rəsmi məlumatı və yoluxma zamanı nə etməli olduğuna dair tövsiyələri nəzərdən keçirmək təklif ediləcək.

“TechCrunch” portalının verdiyi məlumata görə, şirkətlər buraxdıqları məhsul haqqında daha geniş məlumat verəcəyinə söz veriblər. API-nin son versiyası iOS və Android cihazları üçün may ayının ortalarında hazır olacaq, hər bir istifadəçi tətbiqi App Store və Google Play vasitəsi ilə yükləyə biləcək. 

Tərtibatçılar proqrama yeni funksiya əlavə ediblər: istifadəçi Bluetooth vasitəsilə izləmə funksiyasını istədiyi halda söndürə bilər. 

https://twitter.com/danielverlaan/status/1255560069132976128?s=20

Qeyd edildiyi kimi, yeni xidmət iOS 12 və daha yeni əməliyyat sistemləri üçün əlçatan olacaq. Təəssüf ki, iPhone 5s və iPhone 6/6 Plus istifadəçiləri koronavirus monitorinqi xidmətindən istifadə edə bilməyəcəklər.

“Google” isə öz növbəsində “koronavirus monitorinqi” ni 6 və daha yeni Android cihazları üçün  buraxacağını vəd edib.

Son xəbərlər
Digər xəbərlər