Bloomberg agentliyinin verdiyi məlumata görə, Apple şirkəti virtual reallıq eynəklərinin ilkin sınaqdan keçirilmə mərhələsinə start verib. Agentlik şirkət daxilində mövcud olan iki anonim mənbəyə istinadla bildirir ki, bu orada “gizli layihə” adlandırılır.
Sözügedən bu mənbələr layihə haqqında ətraflı məlumat verməsələr də, bildirmişlər ki, eynəklər təmassız olacaq və xüsusi displeylərə sahib olacaq. Həmin bu displeylər isə istifadəçiləri video və digər məlumatlardan istifadə etməyə imkan verəcək.
Sınaq mərhələsi uğurla başa çatdığı halda, Apple şirkəti 2018-ci ildən daha tez virtual reallıq eynəklərini kütləvi şəkildə istehsal edə bilər.