10 C
Baku
Monday, December 9, 2024

“Apple Watch” daha bir funksiyadan məhrum ola bilər

“Power On” bülleteninə görə, 2024-cü ildə satışa çıxarılacaq “Apple Watch” modelləri tibbi texnologiya şirkəti “Masimo” ilə patent mübahisəsinə görə yuxu apnesinin aşkarlanması funksiyasını itirə bilər. Bu məlumatı tanınmış insayder və “Bloomberg”in müxbiri Mark Qurman açıqlayıb.

Sonuncu dəfə məhkəmədə “Apple Watch Series 9” və “Ultra 2” smart saat modellərinin satışına qoyulan qadağanın müvəqqəti olaraq aradan qaldırılması tələbi rədd edilib. Qadağa “Apple”ın “Masimo” ilə qanda oksigen səviyyəsinin ölçülməsi texnologiyası ilə bağlı patent mübahisəsindən sonra tətbiq edilib.

Mark Qurmanın sözlərinə görə, yeni smart saat modellərində nəbz oksimetri funksiyasının söndürülməsi “Apple” fanatlarının tələbinə o qədər də təsir etməyəcək.

Son xəbərlər
Digər xəbərlər