8 C
Baku
Wednesday, October 30, 2024

“Apple Watch” qəflətən partlayıb – Video

“Apple Watch Series 7” ağıllı saatının istifadəçilərindən biri saatının həddindən artıq qızdığını, tüstülənməyə başladığını və nəticədə partladığını bildirib. “Apple” şirkəti hadisəni araşdıracağını təsdiqləyib. Eyni zamanda, istifadəçini susmağa və bu hekayəni heç kimlə paylaşmamağa məcbur etməyə cəhd edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunur ki, “Series 7” istifadəçisi qəfil saatının həmişəkindən daha çox qızdığını görüb. Sonra o, cihazın arxa hissəsinin çatladığını müşahidə edib. Müştəri dərhal vəziyyəti izah etmək üçün “Apple”ın dəstək xidmətinə zəng edib. Menecer hadisənin təfərrüatlarını öyrəndikdən sonra saata toxunmamağı tapşırıb. Ertəsi gün yüksək temperatur səbəbindən “Apple Watch”un displeyi çatlayıb.

IMG 7573 rotated large

İstifadəçi saatının şəkillərini çəkmək üçün cihazı yenidən əlinə götürüb və onun çırtıldayan səslər çıxardığını müşahidə edib. Daha sonra saat partlayıb və olduğu yerdə iz buraxıb. “Apple” bu işin “ən yüksək prioritet” aldığını deyib.

Korporasiya həmçinin bu hekayəni paylaşmamaq üçün həmin istifadəçinin müqavilə imzalamasını istəyib, lakin o, bundan imtina edib. İstifadəçi qurğuşun zəhərlənməsi səbəbindən təcili yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər