24 C
Baku
Thursday, July 18, 2024

“Apple Watch Series 8” və “Apple Watch SE” – Qiymət və funksiya fərqləri

“Apple” korporasiyasının sentyabr təqdimatının iki yeni məhsulu “Apple Watch Series 8” və “Apple Watch SE” olub, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bu iki saat modeli arasındakı fərqlərə nəzər salaq.

Apple Watch Series 8

–         dizayn, interfeys və funksiyalarına görə “Series 7”dən fərqlənmir;

–         prosessor da keçənilkidir;

–         temperatur sensoru var. Bütün ölçmələr yuxuda, hər beş saniyədən bir baş verir;

–         qadın sağlamlığını izləmə funksiyasını alıb;

–         yeni hiroskop və akselerometrlə təchiz olunub;

–         avtomobil qəzasını müəyyən edə bilir və dərhal xilasetmə xidməti ilə əlaqə yaradır;

–         bir yükləmə ilə 18 saat işləyə bilir, enerjiyə qənaət funksiyasını alıb;

–         üç rəngdə təqdim olunub – göy, gümüşü, qırmızı və “Ulduz tozu”;

–         beynəlxalq rouminqi dəstəkləri;

–         “Nike” siferblatını alıb;

–         Satışa sentyabrın 16-sından çıxır, qiyməti 399 dollar təşkil edir.

download 6

download 8

download 7

Apple Watch SE

–         üç rəngdə mövcuddur – gümüşü, qara və “Ulduz tozu”;

–         dizayn, displey və ölçülərinə görə “Series 4, 5, 6”dan fərqlənmir;

–         yenilənmiş hiroskop və akselerometr alıb, avtomobil qəzasının deteksiyası funksiyasına malikdir;

–         satışa sentyabrın 16-sından çıxır, qiyməti 249 dollar təşkil edir.

download 4

9

download 9

Son xəbərlər
Digər xəbərlər