25 C
Baku
Sunday, July 21, 2024

Apple “Xiaomi” qiymətinə olan modelini yenidən satışa buraxır

Amerikanın Apple şirkəti, iPhone SE modelini yenidən satışa qaytarıb. Banker.az xəbər verir ki, smartfonun qiyməti 249 dollar (USD) təşkil edəcəkdir.

2018-ci il üçün Apple-ın maliyyə hesabatlarından aydın olur ki, şirkətin gəliri gözləniləndən daha aşağı sürətlə artır. Tim Cook qeyd edir ki, bunun səbəbləri, bazarda smartfonların sayının ifrat dərəcəsinə çatması və Çin ilə ABŞ arasındakı ticarət müharibəsidir.

Satışları artırmaq məqsədilə, Apple, bəzi ölkələrdə 2018-ci ildə iPhone cihazlarının qiymətlərini endirib. Eyni zamanda, şirkət tarixində ilk dəfə olaraq müştərilərinə trade-in təklif etmişdir.

Göründüyü kimi, bu tədbirlər kifayət olmayıb. Belə ki, 19 yanvar tarixində iPhone SE modeli yenidən satışa qaytarılıb.

Cihaz iki komplektasiya ilə buraxılır: 32 GB və 128 GB daxili yaddaş. Birinci variantın qiyməti 249 dollar, ikincinin isə 450 dollar təşkil edir.

Qeyd edək ki, hazl-hazırda Xiaomi şirkəti yeni Pocophone F2 modeli üzərində çalışır. Onun qiyməti 290 dollar təşkil edəcək. Cihaza ən güclü mobil prosessor olan Snapdragon 855 qoyulub.

Son xəbərlər
Digər xəbərlər