26 C
Baku
Saturday, July 27, 2024

“Apple” xidmətlərdən rekord gəlir əldə etdiyini və xalis rüblük gəlirinin 2,7% azaldığını açıqladı

İPhone, Mac və iPad satışları azalsa da, geyinilən elektronikaya və xidmətlərə tələbat artır.

Banker.az xəbər verir ki, aprelin 30-da “Apple” 2019-2020-ci illərin ikinci maliyyə rübünün nəticələrini dərc edib. Şirkətin gəliri 1% artaraq 58,3 milyard dollar təşkil edib ki, bu da analitiklərin gözləntilərindən çoxdur. 

“Apple” in rəhbəri Tim Kuk bildiri ki, Covid-19 pandemiyasına baxmayaraq, şirkət Apple Watch və AirPods satışları, o cümlədən xidmətləri (iCloud, Apple Arcade, Apple TV+, Apple News) sayəsində gəlirləri artırmağa müvəffəq olub. 

Xalis rüblük mənfəət 2,7% azalaraq 11,56 milyard dollardan 11,25 milyard dollara çatıb. Bu, dünyada iPhone çatışmazlığı, Covid-19 pandemiyası zamanı oflayn mağazaların bağlanması və Çində satışların azalması ilə əlaqədardır – şirkət bildirib. 

apple

Rüblük iPhone satışları 28,96 milyard dollar (bir il əvvəl 31,05 milyard dollar) təşkil edib. Xidmətlər və abunəçilər şirkətə 13.35 milyard dollar (bir il əvvəl $ 11.45 milyard) gəlir gətirib.

Geyinilən qurğular və aksesuarların satışı 6,28 milyard dollara (bir il əvvəl $ 5.12 milyard) çatıb. Mac və iPad satışları müvafiq olaraq 5,51 milyard dollardan 5,35 milyard dollara və 4.87 milyard dollardan 4,37 milyard dollara düşüb. 

Son xəbərlər
Digər xəbərlər