25 C
Baku
Sunday, April 28, 2024

“Apple” yarım milyard avro cərimələnə bilər

“Apple” şirkəti Avropa İttifaqında ilk dəfə olaraq musiqi axını xidmətlərinə girişlə bağlı qanunları pozduğuna görə cərimələnə bilər.

Bu barədə “Financial Times” qəzetinin araşdırmasında bildirilir.

Qəzetin yazdığına görə, pozuntu ondan ibarətdir ki, “Apple” musiqi xidmətlərinin istifadəçilərə “App Store” mağazasından kənar abunə haqqını ödəməyə imkan verən alternativ ödəniş üsullarının reklamını qadağan edir. Buna görə Amerika İT korporasiyasını 500 milyon avro cərimə gözləyir.

Belə ki, “Spotify” musiqi xidmətinin “Apple”ın hərəkətlərindən şikayət etməsindən sonra araşdırma başlayıb. Qeyd olunub ki, Təxminən 500 milyon avro təşkil edəcək və gələn ayın əvvəlində elan oluna biləcək cərimə “Apple”ın öz xidmətlərini rəqiblərinkindən üstün tutmaq üçün öz platformasından istifadə edib-etməməsi ilə bağlı Avropa Komissiyasının antiinhisar araşdırmasının kulminasiya nöqtəsidir.

Avropa Komissiyası “Apple”ın hərəkətlərini qanunsuz və rəqabət qaydalarına zidd kimi tanımaq niyyətindədir.

Xüsusilə, “Financial Times”ın yazdığına görə, Brüssel İT nəhəngini bazardakı dominant mövqeyindən sui-istifadə etməkdə və rəqabətə zidd təcrübələr tətbiq etməkdə ittiham edəcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər