5 C
Baku
Friday, February 7, 2025

“Apple” yaxın günlərdə yenilənmiş SE smartfonunu təqdim edəcək

“Apple” korporasiyası 10 fevraldan başlayan həftədə yenilənmiş SE smartfon modelini təqdim edəcəyini açıqlayıb. Məlumata görə, yenilik Face ID skaneri, USB-С girişi və süni intellekt texnologiyalarını dəstəkləyən A18 prosessorunu alacaq.

Qeyd edək ki, hələki “Apple Intelligence” texnologiyasını yalnız iPhone 15 Pro və Pro Max, 16 Pro və Pro Max smartfon modelləri dəstəkləyir. Bundan əlavə, məlumata görə, “Apple” SE modelində LCD displeydən imtina edərək OLED displeyə keçəcək.

“Apple”ın gəliri 2025-ci maliyyə ilinin birinci rübündə illik müqayisədə 4% artaraq 124.3 milyard dollar təşkil edib, mənfəəti isə 36.33 milyard dollara (+7.1%) çatıb.

Lakin materik Çin, Honkonq və Tayvanda iPhone satışları 11.1% azalaraq 18.5 milyard dollara düşüb. Qeyd edək ki, süni intellekt texnologiyasının xüsusiyyətləri Çində mövcud deyil.

“Bloomberg”in sözçüsü Mark Qurmanın sözlərinə görə, yeni iPhone SE Çin, Hindistan və digər Asiya bazarları üçün maraqlı ola bilər.

Son xəbərlər
Digər xəbərlər