“Apple” şirkəti 2023-cü ilin yazında və yayında yeni nəsil MacBook Air noutbuklarını və Mac Pro masaüstü kompüterini təqdim edəcək. “Bloomberg”in məlumatına görə, istehsalçı iki yeni noutbuk hazırlayır – 13 düymlük və 15 düymlük.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Gözlənilir ki, 15 düymlük versiya M2 prosessoru, 13 düymlük versiya isə M3 prosessoru alacaq. Mac Pro stansiyasına gəlincə, yenilik M2 Ultra prosessoru və 192 Gb operativ yaddaşla təchiz olunacaq.
Xatırladaq ki, daha əvvəl “Apple”ın 2023-cü ildə yeni M2 çipli iMac buraxacağı barədə məlumat yaymışdı.