12 C
Baku
Sunday, October 27, 2024

“Apple” yeni AirPods Max qulaqcığını təqdim edib – Qiymət $840

“Apple” yeni simsiz AirPods Max qulaqcığını təqdim edib.

Banker.az bu barədə “VC.ru” ya istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, yeni aksessuarın qiyməti təqribən 840 dollar təşkil edəcək.

apple qulaqciq3 apple qulaqciq1apple qulaqciq2

Musiqinin yüksəkliyini tənzimləmək üçün istifadəçilər Digital Crown dairəciyindən istifadə edə bilərlər. Onun köməyi ilə musiqini dəyişdirmək, zənglərə cavab vermək və Siri səs köməkçisini aktivləşdirmək mümkündür. Ətrafdakı səs-küyü əngəlləmək üçün AirPods Max səkkiz mikrofondan istifadə edir: altısı xarici səs-küyü müəyyən edir, digər iksi isə istifadəçinin eşitdiyi kənar səsləri qiymətləndirir.

Əgər ətrafınızdakı səsləri eşitmək və insanlarla ünsiyyət qurmaq istəyirsinizsə, səs-küyü əngəlləyən düymədən istifadə edərək “Şəffaf rejim”ə keçə bilərsiniz.

apple qulaqciq4

Qulaqcığın içində 40 mm-lik dinamik drayverlər quraşdırılıb ki, bu da səsin keyfiyyətini qorumağa kömək edir. Bundan əlavə, hər bir qulaqcıq on nüvəli AppleH1 çipi ilə təchiz edilib.

“Apple” işçilərinin sözlərinə görə, AirPods Max fasiləsiz olaraq 20 saat işləyə bilir. Qulaqcıq beş rəngdə mövcuddur: “boz kosmos”, gümüşü, yaşıl, çəhrayı və “mavi səma”. Aksessuar dekabrın 15-də satışa çıxacaq.

apple qulaqciq5

Son xəbərlər
Digər xəbərlər