6 C
Baku
Wednesday, March 5, 2025

“Apple” yeni iPad modellərini təqdim edib

Amerikanın “Apple” korporasiyası iPhone 16e smartfonundan sonra yeddinci nəsil iPad Air və standart iPad planşetlərini təqdim edib. Qeyd edək ki, iPad Air M3 prosessoru ilə təchiz edilib və süni intellekt funksiyalarını dəstəkləyir.

Şirkət iPad Air üçün həmçinin yenilənmiş Magic Keyboard  klaviaturasını da təqdim edib. Standart iPad modeli iPhone 15-dəki A16 prosessorunu alıb. Müvafiq olaraq, bu model Apple Intelligence süni intellekt texnologiyasını dəstəkləmir.

apple ipad air 1

Hər iki planşet martın 12-də satışa çıxarılacaq. iPad Air 11 və 13 düymlük versiyalarda təqdim edilib. Cihazların yaddaş tutumu 128 Gb, 256 Gb və 512 Gb arasında dəyişir. Konfiqurasiyadan asılı olaraq qiymətlər $599-$799 təşkil edir. Magic Keyboard klaviaturasının qiyməti planeştin ölçülərindən asılı olaraq $269 və $319-dır.

Son xəbərlər
Digər xəbərlər