26 C
Baku
Friday, April 19, 2024

Apple yeni İphone modellerini təqdim etdi – QİYMƏTLƏR

Apple şirkəti yeni iPhone 14 smartfonlarını təqdim edib.

Banker.az xəbər verir ki, smartfonlar iki versiyada buraxılacaq. 6.1 düymlük ekranla və MAX – 6.7 düym böyüdülmüş ekranla. “iPhone”nun yeni modellərində mini versiya yoxdur. iPhone 14 beş rəngdə təqdim edilib – ağ, qara, çəhrayı, xama, qırmızı.

Qiymətlərinə gəldikdə isə Yeni “iPhone14″ün qiyməti $799-dan,  “iPhone14 Plus”un qiyməti $899, iPhone 14 Pro-nun qiyməti $999, iPhone 14 Pro Max-ın qiyməti isə $1099-dan başlayır.

Yeni smartfonlar sentyabrın 16-da satışa çıxarılacaq.

Qeyd edək ki, təqdim olunan qurğular mobil operatorların əhatə dairəsi olmadıqda işləyəcək peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər