28 C
Baku
Saturday, July 27, 2024

“Apple” yeni məhsullarını oktyabrın 13-də təqdim edəcək

“Apple” yeni məhsullarını oktyabrın 13-də təqdim edəcək.

Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib. Qeyd edildiyi kimi, koronavirus pandemiyası səbəbindən təqdimat onlayn formatda keçiriləcək.

Mütəxəssislər qeyd edirlər ki, tədbirdə zamanı 5G texnologiyasını dəstəkləyən yeni nəsil iPhone-lar təqdim ediləcək. Kanal əlavə olaraq bildirir ki, 5G texnologiyası smartfonda yükləmə sürətini artırmağı nəzərdə tutur.

Xatırladaq ki, sentyabr ayının ortalarında “Apple” yeni iPad və iPad Air, Apple Watch (sadə və aşağı büdcəli) məhsullarını, həmçinin Fitness+ tətbiqini təqdim etmişdir. Hələ təqdimatdan öncə FT koronavirus pandemiyası səbəbindən tədarük zəncirinin pozulmasını etiraf etmişdir. Elektronika istehsalı müəyyən çətinliklərlə üzləşib və “Apple”ın əməkdaşları mart ayından bəri distant işləyib.

Son xəbərlər
Digər xəbərlər