16 C
Baku
Monday, April 29, 2024

“Apple” M3 çipli yeni MacBook-lar təqdim edib

“Apple” şirkəti yeni nəsil MacBook Air noutbuklarını təqdim edib. 13.6 və 15.3 düymlük Liquid Retina MacBook Air modelləri M3 çipi ilə təchiz edilib ki, bu da M1 əsaslı modellə müqayisədə noutbukun məhsuldarlığının 60% artması deməkdir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Yeni cihazların akkumulyatorunun işləmə müddəti 18 saata qədər artıb ki, bu da əvvəlki nəsil kompüterlərdən üçdə bir qədər çoxdur. Daha sürətli, daha səmərəli 16 nüvəli Neural Engine prosessoru süni intellektli texnologiyalarla işləyir.

Həmçinin noutbuklar yükləmə üçün MagSafe, aksesuarlar üçün Thunderbolt, o cümlədən qulaqlıqlar üçün 3.5 mm-lik port alıb. Noutbuklarda 1080p FaceTime kamerası, Spatial Audio və Dolby Atmos dəstəkli dinamiklər də var.

ABŞ-da M3 çipli 13 düymlük MacBook Air-in qiyməti 1 min dollardan, 15 düymlük isə 1.2 min dollardan başlayacaq. Kompüterlər gümüş, qara, qızılı və boz rənglərdə təqdim ediləcək. Yeni məhsullar əvvəlcədən sifariş üçün mövcuddur, çatdırılma 8 martda başlayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər