24 C
Baku
Thursday, September 29, 2022

“Apple” yeni “Tap to Pay” funksiyasını təqdim edib – Smartfonu ödəniş terminalına çevirir

“Apple” yeni “Tap to Pay” funksiyasını təqdim edib. Bu funksiya “iPhone”dan ödəniş terminalı kimi istifadə etməyə və NFC çipi vasitəsilə ödənişləri qəbul etməyə imkan verir.

Banker.az xəbər verir ki, əməliyyatı həyata keçirmək üçün satıcı ödəniş məbləğini daxil edir, müştəri isə “iPhone”una başqa bir “iPhone”, “Android” və ya NFC texnologiyası olan bank kartını yaxınlaşdırır. Proses adi terminal vasitəsilə ödənişlərdən fərqlənmir.

İlk olaraq yeni funksiyanı “Stripe” xidməti alacaq. Digər ödəniş platformaları və tətbiqlərə isə yenilik bir qədər sonra daxil ediləcək.

Qeyd edək ki, “Tap to Pay” funksiyası yalnız “iPhone XS”, eləcə də iOS 15.4 və daha yeni əməliyyat sistemi olan modellərdə işləyəcək. Funksiya ilk olaraq ABŞ-da mövcud olacaq. Onun digər ölkələrdə tətbiq ediləcəyi vaxt hələ məlum deyil.

Son xəbərlər
Oxşar xəbərlər