27.4 C
Baku
Sunday, July 21, 2024

“Apple” yeni “Watch Ultra” ağıllı saatını təqdim edib – Video

“Apple” şirkəti yeni “Apple Watch Ultra” ağıllı saatını təqdim edib. Saat böyük displey (49 mm), titandan hazırlanmış korpus və sapfir şüşə alıb. Qeyd olunur ki, yeniliyin displeyi əvvəlki “Apple Watch”larla müqayisədə iki dəfə daha parlaqdır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

download 1

Qeyd olunur ki, “Apple Watch Ultra” saatını əlcəkdə istifadə etmək mümkündür. Əlavə “hərəkət” düyməsi sayəsində istədiyiniz funksiyaya keçid edə bilərsiniz.

“Ultra” bir yükləmə ilə 36 saatadək işləyə bilir.

Saat bədənin istiliyini ölçür və 180 m uzaqlıqdan sirena səsini çıxarır. Saat sualtı idman növləri üçün də uyğun gəlir, məsələn, kaytsörfinq. Cihaz üç növ kəmər alıb – qaçışla məşğul olanlar, tədqiqatçılar və ekstremal su idman növlərini sevənlər üçün.

download 2

“Ultra” saatı 23 sentyabr tarixindən satışa çıxacaq, qiyməti isə 799 dollar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər