Beş il sonra “Apple” yenidən “Brand Finance Global 500 2021” reytinqində dünyanın ən bahalı markası olub.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, sonuncu dəfə Amerika şirkəti bu siyahıda 2016-cı ildə liderlik edib.
Reytinqin tərtibatçıları “Apple”ın keçən ilki liderləri – “Amazon” və “Google”u – keçməyi bacardığını qeyd edirlər. Belə ki, şirkət dəyərini 87% artıraraq 263.4 milyard dollara yüksəldə bilib.
Sıralamada sonrakı yerlərdə “Amazon” (254.2 milyard dollar) və “Google” (191.2 milyard dollar) dayanır. Digər İT nəhəngləri “Microsoft” – dördüncü (140.4 milyard dollar), “Samsung” isə – beşinci (102.6 milyard dollar) yeri tutublar.
Amerikanın digər brendləri reytinqin ikinci hissəsində yer alıblar: “Walmart” (93,2 milyard dollar), “Facebook” (81,5 milyard dollar), “Verizon” (68,9 milyard dollar). İlk onluğa həmçinin Çinin “ICBC” bankı (72.8 milyard dollar) və “WeChat” messenceri (67.9 milyard dollar) daxil olub.