11 C
Baku
Tuesday, April 15, 2025

“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub

Dünən, aprelin 9-da “Apple” səhmləri 15% bahalaşıb ki, bu da 1998-ci ildən bəri rekord bir günlük artımdır. Bu, ABŞ prezidenti Donald Trampın 75-dən çox ölkəyə münasibətdə güzgü tariflərinin tətbiqini 90 gün təxirə salmasından sonra baş verib. “Apple” üçün bu qərar vacibdir, çünki şirkətin istehsal müəssisələrinin olduğu Vyetnam, Hindistan və Tailand kimi ölkələrə təsir edir. Bununla belə, iPhone və digər “Apple” qadcetlərinin istehsalının əhəmiyyətli bir hissəsi Çindədir.

“Apple”ın bazar kapitallaşması bir gündə 400 milyard dollar artaraq 3 trilyon dollara yaxınlaşıb. Beləliklə, o, bir neçə gündür irəlidə olan “Microsoft”u geridə qoyaraq növbəti dəfə dünyanın ən dəyərli şirkəti olub.

Artım əhəmiyyətli olsa da, əvvəlki günlərin itkilərini tam ödəyə bilməyib. Artımlara baxmayaraq, “Apple”ın səhmlərinin qiyməti aylıq müqayisədə hələ də təxminən 17% aşağıdır.

Son xəbərlər
Digər xəbərlər