25 C
Baku
Saturday, July 27, 2024

Apple yenilənmiş “iPhone”ları təqdim etdi – Xüsusiyyətləri

Bu gün “Apple” iPhone 13 və 13 Pro, “iPhone SE” smartfonunun yeni prosessorlu və “5G”-ni dəstəkləyən yenilənmiş modelini təqdim edib.

Banker.az xəbər verir ki, iPhone 13 və 13 Pro smartfonun korpusu yeni rənglərdədir. Beləliklə, indi iPhone 13 qara, ağ, qırmızı, mavi, çəhrayı və yeni yaşıl rənglərdə mövcuddur, iPhone 13 Pro isə qara, ağ, qızılı, mavi və eyni yaşıl rənglərdə olacaq.

iPhone 13 və 13 Pro-nun yenilənmiş versiyalarının satışı martın 11-dən başlayacaq.

apple iphone se 2020 250820

“iPhone SE”  A15 Bionic prosessoru ilə təchiz edilib. Bundan əvvəl sözügedən prosessor yalnız iPhone 13 və 13 Pro smartfonlarında mövcud idi. Yeni smartfon eyni zamanda iPhone 13 kimi daha möhkəm ön və arxa şüşəyə malikdir, həmçinin nəm və tozdan “IP67” ilə qorunur.

Smartfon təkmilləşdirilmiş batareya və 5G dəstəyi ilə təchiz edilib. Yeni funksiyalardan – mətni birbaşa kameradan oxumaq, onu seçmək və digər proqramlara köçürmək imkanı var. “iPhone” hələ də yalnız bir kameraya malikdir, həmçinin Touch ID barmaq izi skanerini dəstəkləyir.

Yeni iPhone SE-nin başlanğıc qiyməti 429 dollardır.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər