22 C
Baku
Saturday, April 20, 2024

“Apple” yenilənmiş “iMac”ları 2021-ci ildə təqdim edəcək

Xatırladaq ki, “iMac”lar sonuncu dəfə 2020-ci ilin ortalarında yenilənib. Şayiələrə görə qarşıdan daha böyük yenilənmə gəlir və 2021-ci ilin “iMac” modelləri daha müasir dizayna və daha sürətli çiplərə sahib olacaq.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Yeni “iMac”ların 2021-ci ilin yazında görünəcəyi gözlənilsə də, satış tarixi barədə dəqiq məlumat yoxdur.

2021-ci ilin iMac-ı – nə gözləyək?

“Apple” mövcud 21.5 və 27 düymlük modelləri əvəz etmək üçün yeni “iMac”lar üzərində işləyir. Mütəxəssislərin sözlərinə görə, gələcək “iMac”lar 2012-ci ildən bəri ən böyük monitorla təchiz ediləcək.

Yenilənmiş “iMac” modellərində çərçivə daha ensiz olacaq, korpusundakı “metal çənə” isə tamamilə götürüləcək. Yeni modellərin 2019-cu ildə buraxılmış “Pro Display XDR” monitoruna oxşayacağı gözlənilir.

Bununla yanaşı,  “iMac – 2021” modellərinin dördüncü nəsil “iPad Air” (Sliver, Space Grey, Green, Sky) ilə uyğunlaşaraq beş rəngdə olacağı barədə fərziyyələr irəli sürülür.

Bildirildiyi kimi, “Apple” yeni “iMac”ları daha sürətli və daha yüksək GPU gücünə sahib olacaq yeni nəsil silikon çiplərlə təchiz etməyi planlaşdırır. Hal-hazırda şirkət 16 nüvəli çipləri test edir, lakin masaüstü modellərin 32 nüvəli çiplərin olacağı gözlənilir. Eyni zamanda, “Apple” təkmilləşdirilmiş GPU üzərində işləyir və 16 nüvəli qrafik komponentləri sınaqdan keçirir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər