15 C
Baku
Saturday, April 27, 2024

“Apple”ın ardınca “Xiaomi” də smartfonlarını evdə təmir etməyə icazə verib

Dünyanın ən bahalı smartfon istehsalçısı “Apple”ın ardınca “Xiaomi” də smartfonlarını evdə təmir etməyə icazə verib. Banker.az xəbər verir ki, bu barədə şirkətin Hindistandakı bölməsi məlumat verib. Yeni imkanın hələki yalnız Hindistanda əlçatan olacağı güman edilir.

“Apple” da “evdə təmir” proqramının ilkin olaraq yalnız ABŞ-da mövcud olacağını açıqlayıb. Verilən məlumata görə, gələcəkdə proqramın digər ölkələrdə də genişləndirilməsi planlaşdırılır.

“Apple” və “Xiaomi” ehtiyat hissələrinin neçəyə başa gələcəyi məlum deyil. Bu hər halda qadjet həvəskarları üçün yaxşı xəbərdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər