28 C
Baku
Saturday, June 14, 2025

“Apple”ın bəzi kompüterləri yeniləmələri qəbul etməyəcək

“Apple” rəsmi olaraq “Intel” prosessorlu “Mac” kompüterlərinə dəstəyi dayandırır.

Bu barədə “Bloomberg”in jurnalisti Mark Qurman “X” sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, sistemin son yenilənmə versiyalarını yalnız 2019-cu il “Mac Pro”, “MacBook Pro”, eləcə də 2020-ci il “iMac” modelləri qəbul edəcək.

Məlumatda, həmçinin bildirilir ki, şirkət gələcəkdə bütün diqqətini “Apple Silicon” ekosisteminin inkişafına yönəldərək, öz prosessorlarına keçidi yeddi ildən sonra tamamlamağa hazırlaşır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər