10 C
Baku
Thursday, December 12, 2024

“Apple”ın baş direktoru Tim Kukun maaşı 40% azaldılıb

2023-cü ildə “Apple”ın baş direktoru Tim Kukun əməkhaqqısı 40% azalaraq 49 milyon dollar olacaq. Bu barədə korporasiya cümə axşamı, yanvarın 12-də ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi sənədlərdə bildirib. Şirkətdən verilən məlumata görə, maaşın azaldılması qərarı cənab Kukun xahişi ilə qəbul edilib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Hələ ötən ilin əvvəlində “Institutional Shareholder Services” konsaltinq şirkəti “Apple”ın səhmdarlarına cənab Kuka illik 99 milyon dollar mükafat ödənilməsinin əleyhinə səs verməyi tövsiyə edib.

Ümumiyyətlə, iri şirkətlərdə “səhmdarların üsyanı” son vaxtlar daha tez-tez baş verir. 2023-cü il üçün kompensasiyanın məbləği ilə bağlı qərar qəbul etməzdən əvvəl “Apple” rəhbərliyi şirkətin ən böyük səhmdarlarının nümayəndələri ilə məsləhətləşib.

Son xəbərlər
Digər xəbərlər