12 C
Baku
Friday, March 29, 2024

“Apple”in baş marketoloqu 23 il tutduğu vəzifədən istefa edir

“Apple” şirkətinin beynəlxalq marketinq üzrə böyük vitse-prezidenti Fill Şiller 1997-ci ildən bu yana tutduğu vəzifədən istefa edəcəyini açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, mütəxəssis şirkətdə qalır. O, “App Store” mağazasına və “Apple Events” tədbirlərinə rəhbərlik etməyə davam edəcək. “Mən burada işləməyə davam edəcəyəm, amma gələcək illərdə ailəm, dostlarım və bir neçə şəxsi layihəmə daha çox vaxt ayırmaq istəyirəm”, – deyə Şiller izah edir.

O, həmçinin şirkətə verdiyi töhfələrə görə “Apple-in dostu” (Apple Fellow) adını qazanacaq və “Apple Birliyi”nə (Apple Fellowship) daxil olacaq.

Verilən məlumata görə, Fill Şilleri 20 ildən çoxdur ki, “Apple”ın məhsul marketinqi üzrə vitse-prezident vəzifəsini tutan Greg Josviak əvəzləyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər