9 C
Baku
Wednesday, December 25, 2024

“Apple”ın gəlirləri son bir neçə ildə ilk dəfə azalıb

“Apple” kompaniyasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə gəlirləri son üç il yarımda ilk dəfə azalıb.

Kompaniyanın hesabatına əsasən, 2022-ci ilin son rübündə əməliyyat gəlirləri 117.2 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5.5 faiz azdır. Ötən rübün xalis gəliri isə 13.4 faiz azalaraq 30 milyard dollar olub.

“Apple” rəhbərliyi bunu “iPhone” smartfonlarının istehsalı üzrə dünyadakı ən böyük müəssisəsinin yerləşdiyi Çinin Çjençjou şəhərində koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən təchizat zəncirində problemlərin yaranması ilə izah edib. Kompaniyanın məlumatına görə, artıq bütün problemlər aradan qaldırılıb və müəssisədə istehsalat müvafiq səviyyəyə çatıb.

Əsası 1976-cı ildə qoyulan “Apple” iPhone smartfonları, iPad planşetləri, iMac kompüterləri, MacBook noutbukları və digər yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olur. Kompaniyanın mənzil-qərargahı ABŞ-ın Kupertino şəhərində (Kaliforniya ştatı) yerləşir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər