26 C
Baku
Saturday, July 27, 2024

“Apple”ın iki portlu “adapter”ləri satışa çıxıb

“Apple” korporasiyası 2022-ci ilin iyun ayında keçirdiyi təqdimatda iki yeni yükləmə qurğusu (“adapter”) nümayiş etdirib. Hər iki qurğu 35 Vt gücündədir və iki USB-C portuna malikdir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, yenilik artıq Çində satışa çıxıb və qiyməti 60 dollar təşkil edir. “Adapter” iPhone 8/iPhone 8 Plus və daha yeni smartfon modellərinə, iPad mini 5/6, iPad 7/8/9, iPad Air 3/4/5 və Apple Watch cihazlarına uyğun gəlir.

Xatırladaq ki, 2020-ci ildə “Apple” smartfonla komplektdə “adapter” satışını dayandırdığını açıqlayıb. Şirkət bunu “ətraf mühitin mühafizəsi” ilə izah edib.

Son xəbərlər
Digər xəbərlər