30 C
Baku
Friday, July 19, 2024

“Apple”ın keçmiş dizayneri “Ferrari” ilə çoxillik müqavilə imzaladı

“Apple”ın keçmiş baş dizayneri Coni Ayv tərəfindən yaradılan “LoveFrom” şirkəti İtaliyanın avtomobil istehsalçısı “Ferrari” ilə çoxillik müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, “Bu tərəfdaşlıq “Ferrari”nin istehsal gücü ilə “LoveFrom”un dünyanı dəyişdirən məhsullar yaratmaq bacarığını birləşdirməyə kömək edəcək”, – deyə avtomobil istehsalçısı vurğulayıb.

Xatırladaq ki, 2020-ci ildə bir sıra media Coni Ayvın “Ferrari”nin baş direktoru vəzifəsini tutacağı barədə yazda da, dekabrda bu vəzifəyə Con Elkannın gətirildiyi məlum olub.

Coni Ayv “Apple” şirkətindən 2019-cu ildə ayrılıb və “LoveFrom” adlı müstəqil dizayn şirkətini qurub. Onun müştəriləri arasında keçmiş işəgötürəni “Airbnb” da olub.

“LoveFrom” – ofisi London və San-Fransiskoda yerləşən dizaynerlər, memarlar, musiqiçilər, rejissorlar, yazıçılar, mühəndislər və sənətçilərdən ibarət yaradıcı bir qrupdur.

Son xəbərlər
Digər xəbərlər