10 C
Baku
Şənbə, Noyabr 27, 2021

“Apple”ın rəhbəri kriptovalyuta alıb

“Apple”ın baş direktoru Tim Kuk “DealBook” konfransında kriptovalyutaya sərmayə qoyduğunu etiraf edib.

Banker.az xəbər verir ki, milyarder bu mövzu ilə maraqlandığını və rəqəmsal aktivlər sənayesini öyrəndiyini bildirib. O həmçinin istifadəçilərə əmanətlərini təkcə bitkoinlərdə deyil, həm də alternativ tokenlərdə saxlamağı tövsiyə edib.

Kuk investisiya həcmini və sərmayə qoyduğu kriptovalyutaları açıqlamayıb, lakin “Apple”ın kriptovalyutalardan istifadə etmək planının olmadığını da qeyd edib. Onun sözlərinə görə, investorlar portfelini diversifikasiya etməlidirlər – məsələn, həm “Bitcoin”, həm də “Ethereum”a investisiya qoymalıdırlar.

“İnsanların kriptovalyuta əldə etmək üçün “Apple” səhmlərini aldığını düşünmürəm”, – deyə Kuk qeyd edib.

Noyabrın 9-u axşam bitkoinin məzənnəsi 66 505 dollar təşkil edib. Onun ən yaxın rəqibi “Ethereum” isə 4 766.79 dollar cuvarında ticarət olunub. Xatırladaq ki, noyabrın 8-i kriptovalyuta bazarının kapitallaşması ilk dəfə 3 trilyon dollara çatıb. Ümumilikdə, 2020-ci ilin sonundan başlayaraq kriptovalyuta bazarı demək olar ki, dörd dəfə artıb.

Son xəbərlər
Oxşar xəbərlər
X