23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Apple”ın rüblük gəliri rekord səviyyəyə çatıb

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın “Apple” şirkətinin rüblük gəliri keçən ilə nisbətən 36% artıb. Banker.az xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı günü öz saytında dərs etdiyi hesabatda deyilir.

Vurğulanır ki, 26 iyun tarixində başa çatan üç aylıq hesabat dövründə şirkətin gəliri 81.4 milyard dollar təşkil edib. 2020-ci ilin eyni dövründə bu göstərici 59.6 milyard dollar olub.

Keçən rübün nəticələrinə görə, “Apple”ın xalis mənfəəti 21.7 milyard dollar təşkil edib. Korporasiyanın əsas gəlir mənbəyi hələ də “iPhone” sayılır: dünya bazarında bu smartfonların satışından əldə olunan gəlir 39.5 milyard dollar təşkil edir.

1976-cı ildə qurulan “Apple” digər məhsullar da istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biri sayılır. “Forbes” jurnalının verdiyi məlumata görə, “Apple”ın kapitallaşması təxminən 2.24 trilyon dollar təşkil edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər