13 C
Baku
Saturday, November 23, 2024

“Apple”ın rüblük xalis mənfəəti $2.3 mlrd. azalıb

Amerikanın “Apple” şirkətinin son rübdə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 milyard dollar azalıb. Bu barədə şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatlarında deyilir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

İyunun 25-də başa çatan üç aylıq hesabat dövründə şirkətin xalis gəliri 19.442 milyard dollar, 2021-ci ilin eyni dövründə isə bu rəqəm 21.744 milyard dollar səviyyəsində olub.

1976-cı ildə qurulan “Apple” şirkəti iPhone, iPad, iMac, MacBook və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər