20 C
Baku
Sunday, October 6, 2024

“Apple”ın üçüncü payız təqdimatı 10 noyabrda keçiriləcək

“Apple” şirkəti üçüncü payız təqdimatının tarixini açıqlayıb: tədbir noyabrın 10-u Bakı saatı ilə 20:00-da keçiriləcək.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, təqdimatda şirkətin özünün buraxdığı ARM prosessoru ilə işləyən 13 düymlük MacBook Pro nümayiş etdiriləcək.

Agentlik qeyd edib ki, bu model sürətinə görə Intel prosessorunu qabaqlamalıdır. Daha əvvəl bildirildiyi kimi, iyun ayında WWDC tədbirində şirkət 2020-ci ilin sonuna kimi özü istehsal etdiyi Mac-ları buraxmağı planlaşdırdığını açıqlamışdı.

Xatırladaq ki, “Apple”ın birinci və ikinci payız təqdimatları sentyabr və oktyabr aylarında keçirilib. Şirkət payız təqdimatını hər məhsula daha çox diqqət ayırmaq üçün üç hissəyə böldüyünü yazıb. Birinci təqdimatda iPad və Apple Watch, ikinci təqdimatda isə iPhone 12 nümayiş etdirilib.

Son xəbərlər
Digər xəbərlər