“Apple” şirkəti yaz təqdimatını aprelin 20-də keçirəcəyini açıqlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bu təqdimatda yenilənmiş “iPad Pro” və itirilmiş əşyaları axtarıb tapmağa kömək edək “AirTag” təqdim ediləcək.
Xatırladaq ki, daha əvvəl onlayn-təqdimatın aprelin 13-də keçiriləcəyi barədə məlumat yayılmışdır. Lakin “Apple” bu məlumatı təkzib edib və hamıya aprelin 20-də keçiriləcək təqdimat üçün dəvətnamə göndərib.
“CNBC”nin yazdığı kimi, təqdimatda “Apple” yenilənmiş məhsullarını, o cümlədən “iPad Pro” və “AirTag” təqdim edəcək.