9 C
Baku
Friday, December 13, 2024

“AppStore”da islamofobiyanı izləyən əlavə yaradıldı

“AppStore” internet mağazasında islamofobiyanın səviyyəsini müəyyən etməyə kömək edəcək yeni əlavə yaradılıb.

“Runews24.ru” saytına istinadən məlumatına görə, bunu dünyanın istənilən nöqtəsində etmək mümkün olacaq.

Xidmətdən “iPhone” cihazlarının sahibləri istifadə edə bilərlər. Əlavə istifadəçiyə dinlə bağlı yayılmış hücumlar, ayrı-seçkilik və ya dini qadağalar haqqında məlumat almağa kömək edəcək. Beləliklə, istənilən istifadəçi islamofobiya barədə həmin xidmətin inzibatçılarına operativ şəkildə məlumat verə bilər. Onlar isə öz növbəsində “islamofobiya xəritəsi”ni tərtib edirlər.

Bu xidməti son zamanlar mütəmadi olaraq müsəlmanlara hücumlar baş verən ABŞ-da, bu ölkənin müsəlman liderləri fəal olaraq dəstəkləyirlər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər