16 C
Baku
Thursday, April 24, 2025

Aprel 2020-ci ildən bəri birjalar üçün ən dəyişkən ay olacaq

ABŞ fond bazarında dalğalanmalar baxımından bu aprel 2020-ci ildə COVID-19 pandemiyasının başlanmasından bəri ən qeyri-sabit ay ola bilər. Bu barədə analitiklərin məlumatlarına və rəylərinə istinadən “Wall Street Journal” yazır. Belə ki, “Dow Jones Market Data”nın hesablamalarına görə, “S&P 500” indeksi son on sessiyanın yeddisində ən azı 1% yüksəlib və ya azalıb.

Apreldə baş verən güclü dalğalanmalar ilk növbədə ABŞ prezidenti Donald Trampın dünyanın əksər ölkələrindən mallara idxal rüsumlarını artırması ilə bağlı olub. Analitiklər qeyd edirlər ki, yüksək volatilliyin yaxın gələcəkdə də davam edəcəyi ehtimalı var, çünki bazarlar hazırda bu mövzu ilə bağlı istənilən xəbər və şayiələrə çox həssasdır.

“İnsanlar daima yeni bəyanat gözləyirlər. Bu, bir gündə çox böyük yüksəliş və ya mənfi nəticə ilə nəticələnsə də, həqiqətən insanların qazanc əldə etmək imkanlarına olan inamını məhdudlaşdırır”, – deyə “400 Capital Management”in investisiya direktoru Kris Hentemann bildirir. “Biz investorların daha kəskin addımlar gözləyirik”, – deyə “Wolfe Research” şirkətinin analitikləri hesab edirlər.

Son xəbərlər
Digər xəbərlər