9 C
Baku
Friday, December 13, 2024

Aprel ayında 914 icbari sığorta müqaviləsi bağlandı

2014-cü ilin aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından icbari sığorta üzrə 914 sığorta müqaviləsi bağlanmışdır ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 571,547.17 manat təşkil etmişdir.

Həmçinin müvafiq ayda əvvəlki dövrlərdə bağlanmış 226 müqaviləyə dəyişiklik edilmişdir ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 901,836.45 manat təşkil etmişdir.

Ümumilikdə aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1,5 milyon manata yaxın olmuşdur.

Qeyd edək ki, icbari sığortanın bu növü üzrə “Paşa Həyat Sığorta” ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC fəaliyyət göstərirlər.

Son xəbərlər
Digər xəbərlər