12 C
Baku
Wednesday, December 11, 2024

Aprel ayında bahalaşan və ucuzlaşan ərzaq məhsulları açıqlandı – Siyahı

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının,
peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün,
yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın,
naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun,
balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün
məmulatlarında olub.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın,
xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə
olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər