31 C
Baku
Friday, July 19, 2024

Aprel ayında Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı azalıb

2023-ci ilin aprel ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapıtalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 8,4 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 6,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (19) qeydiyyata alınıb.

 

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 5,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin aprel ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 12 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Son xəbərlər
Digər xəbərlər