2 C
Baku
Sunday, December 15, 2024

Aprel ayının müavinət və təqaüdləri bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri isə ötən həftə yekunlaşıb.

Son xəbərlər
Digər xəbərlər