27 C
Baku
Saturday, July 20, 2024

Apreldə Azərbaycandan Moskvaya 4.6 min tona yaxın pomidor tədarük edilib

Bu ilin aprel ayının əvvəlindən Azərbaycandan Moskva regionuna 250-dən çox nəqliyyat vasitəsi ilə gətirilən 4,6 min tona yaxın pomidor məhsuluna karantin fitosanitar nəzarəti həyata keçirilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verilir ki, Ümumrusiya Bitki Karantini Mərkəzinin mütəxəssisləri bütün tənzimlənən məhsullarla bağlı laboratoriya sınaqları keçirib və bu məhsulların karantin fitosanitar tələblərinə uyğunluğunu təsdiqləyib.

Karantin fitosanitar nəzarəti proseduru uğurla başa çatdıqdan sonra nəzarətdən çıxarılan məhsullar sərbəst satışa buraxılıb.

Qeyd olunub ki, Azərbaycan Rusiyaya ən böyük təzə pomidor tədarükçülərindən biridir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər