26 C
Baku
Saturday, July 27, 2024

Apreldə sığorta yığımlarının 81%-i bu 5 şirkətin kassasına daxil olub

2021-ci ilin aprel ayında Azərbaycanda toplanılmış 339 milyon 107 min manat sığorta haqqının 273 milyon 84 min manatı və yaxud 80.5%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (112 050 min manat), “PAŞA Sığorta” (87 219 min manat) ASC-lər, “Dövlət Sığorta Kommersiya” Şirkəti (39 961 min manat), eləcə də “Qala Sığorta” (18 369 min manat) və “Atəşgah Həyat Sığorta” (15 485 min manat) ASC-lərdir.

Aprel ayında ən az yığım edən şirkətlər isə “Bakı Sığorta” (979 min manat), “Naxçıvansığorta” (654 min manat), “Meqa Həyat Sığorta” (147 min manat) sığorta şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər