Aprel ayında bankların kredit portfeli 2.2% və ya 541.8 mln. manat artaraq 24,644.5 mln. manat olub.
Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 54.7% (13,476.4 mln. manat);
ıı) istehlak kreditləri – 29.7% (7,327 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.6% (3,841.1 mln. manat).
Aprel ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 274.8 mln. manat (+2.1%), 185 mln. manat (+2.6%) və 82 mln. manat (+2.2%) artıb.