Aprel ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi Azərbaycandan 52 tondan çox təzə pomidorun Rusiya ərazisinə keçirilməsinə icazə verməyib.
“2021-ci ilin aprel ayında “Rosselxoznadzor”un Qafqaz üzrə Regionlararası İdarəsi tərəfindən Azərbayacn və İrandan dövlət sərhədinin Dağıstan hissəsinə idxal olunan 39,656 min tin təzə meyvə-tərəvəz nəzarətdən keçirilib”, – İdarənin məlumatında qeyd olunur.
Karantin fitosanitar nəzarət zamanı Azərbaycandan 3 partiya (52,2 ton) təzə pomidorun RF ərazisinə idxalına icazə verilməyib.