2022-ci ilin aprel ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 11 218 vahid və ya 0.63% artaraq, 1.79 mln. vahid təşkil edib.
Dövlət Sosial Sığorta Fondundan Banker.az-a verilən məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 475, fiziki şəxslər üzrə 8 858, torpaq mülkiyyətçiləri üzrə isə 885 vahid artıb.