2022-ci ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127.3 min nəfərdən çox olub.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Fondun məlumatına əsasən, onlardan 99.3 min nəfərdən çoxu yaşa, 13.8 min nəfərdən çoxu əlilliyə, 14.1 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.