Aprelin 2-ci hərracı: Dollar satışı azalmaqdadır

Lots of hundred-dollar bills the new sample

7 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barərədə banker.az-a Mərkəzi Bankdan bildirilir.

“Hərracda tələb 67,2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir” deyə açıqlamada deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışıb.

Qeyd edək ki, sonuncu hərracda 74,6 mln. ABŞ dolları suveren fond tərəfindən satılmışdı. Bu isə bu günkü hərracın öncəkindən 10% daha az məbləğda dollar satışının həyata keriliməsi deməkdir.

Martın son valyuta hərracında isə 95,6 mln. manat valyuta satışı həyata keçirilmişdi.