6 C
Baku
Wednesday, January 28, 2026

Aprelin 5-dən Nijnevartovsk–Bakı reysi bərpa olunacaq

“İrAero” aviaşirkəti aprelin 5-dən Nijnevartovsk–Bakı marşrutu üzrə müntəzəm reysləri bərpa edir, bu istiqamət üzrə biletlərin satışı artıq başlayıb.

Uçuşlar həftədə bir dəfə “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Bakı hava limanından uçuş şənbə günləri saat 23:50-də planlaşdırılıb, Nijnevartovskdan Azərbaycanın paytaxtına geri reys isə bazar günləri saat 06:40-da həyata keçiriləcək.

Bundan əvvəl bildirilib ki, ötən il Surqut hava limanı marşrut şəbəkəsini 89 istiqamətədək genişləndirib. Beynəlxalq seqmentdə sərnişinlər arasında ən populyar istiqamətlər sırasında Bakı, Xucənd (Tacikistan) və Oş (Qırğızıstan) yer alır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər