“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2024-cü ili 1 milyon 761 min manat zərərlə başa vurub. 2023-cü ildə ASC-nin zərəri 1 milyon 820 min manat olub ki, bu da illik müqayisədə zərərin 3% azalması deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin cəmi gəlirləri 0.5% artaraq 6 milyon 933 min manat təşkil edib. ASC-nin kommersiya xərcləri 4 milyon 170 min manat, inzibati xərcləri 4 milyon 214 min manat olub.
31 dekabr 2024-cü il tarixinə şirkətin cəmi aktivləri 18 milyon 915 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 0.5% azalmadır.
Hesabat dövründə “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin cəmi öhdəlikləri 15 milyon 19 min manatdan 16 milyon 521 min manata çatıb, kapitalı isə 3 milyon 990 min manatdan 2 milyon 394 min manata düşüb.