21 C
Baku
Friday, September 30, 2022

Aqrar Kredit və İnkişaf Agentliyinə yeni sədr təyin olunub

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.

Banker.az bu barədə “Report” agentliyinə istinadən xəbər verir.

Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Digər əmrlə isə AKİA-nın keçmiş sədri AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.

Kənd Təsərrüfatı Nazirliyindən xəbəri təsdiqləyiblər.

Son xəbərlər
Oxşar xəbərlər